Ahmet Minguzzinin qatillərinə hökm oxundu

Ahmet Minguzzinin qatillərinə hökm oxundu
Dünya 21 Oktyabr 2025 16:25

İstanbul, Kadıköydə 14 yaşlı Mattia Ahmet Minguzzinin bıçaqlanaraq öldürülməsi ilə bağlı məhkəmədə, cinayəti törədən iki şəxsə 24 il həbs cəzası verildi. 

Sitat.info xəbər verir ki, Minguzzi cinayəti ilə bağlı 4 nəfərin məhkəmə işi birləşdirildi. Hadisəni törədən 2 nəfər hər biri 24 il həbs cəzası aldı, digərləri isə bəraət alaraq azadlığa buraxıldı.

İstanbul Baş Prokurorluğu bəraət və azadlığa buraxılma qərarına etiraz edəcəyini açıqladı.

Sitat.info