Sabah bu ərazilərdə qaz olmayacaq
“Kənd Ramanı” qaz xətti üzərində klapanın quraşdırılması və Xəzər rayonu, Binə Sovxoz yaşayış sahəsi və Məscid küçəsi ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar, 21.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.