Qala qəsəbəsində bir nəfər süni göldə batıb

Qala qəsəbəsində bir nəfər süni göldə batıb
HADİSƏ 20 Oktyabr 2025 16:32

Bakı şəhəri Qala qəsəbəsində süni göldən bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.

Bu barədə Sitat.info-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.