ABŞ-da təyyarə alovlandı: 3 nəfər öldü

ABŞ-da təyyarə alovlandı: 3 nəfər öldü
HADİSƏ 17 Oktyabr 2025 13:04

ABŞ-ın Miçiqan ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.

“Təyyarə qəzası Clark Rod və Pikok Rod kəsişməsi yaxınlığında baş verib. Hələlik şəxsiyyətləri müəyyən edilməyən hər üç sərnişin hadisə yerində huşsuz vəziyyətdə tapılıb.

Onları xilas etmək mümkün olmayıb. Hadisə yerindən yayımlanan fotolarda təyyarənin qəzaya uğradığı sıx meşəlik ərazidən güclü tüstü və alov qalxdığı görünüb. Şəhər rəsmiləri bildiriblər ki, qəzanın səbəbi hələlik məlum deyil”, – deyə bildirilib.