Bakıda avtobus BMW ilə toqquşdu, xəsarət alanlar var - FOTO

Bakıda avtobus BMW ilə toqquşdu, xəsarət alanlar var - FOTO
HADİSƏ 30 May 2022 18:05

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Araşdırma aparılır.