Həbsdəki oğluna tərliyin içində narkotik gətirdi... - Foto

Həbsdəki oğluna tərliyin içində narkotik gətirdi... - Foto
Gündəm 15 Oktyabr 2025 17:38

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısını alıb.

Sitat.info xəbər verir ki, məhkumla qısamüddətli görüşə gələn atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Həbsdəki oğluna tərliyin içində narkotik gətirdi... - Foto