Yevlaxda ağır qəza: İki qadın öldü

Yevlaxda ağır qəza: İki qadın öldü
HADİSƏ 07 Oktyabr 2025 20:30

Yevlaxda baş verən qəzada iki piyada ölüb.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçən iki qadını vurub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.