Direktor və müavini işdən qovuldu

Direktor və müavini işdən qovuldu
HADİSƏ 02 Oktyabr 2025 14:37

Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər.

Sitat.info xəbər verir ki, məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib.

Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.