Xankəndidə yanğın baş verib - Video

Xankəndidə yanğın baş  verib - Video
HADİSƏ 26 Sentyabr 2025 12:31

Xankəndi şəhərində yanğın olub. 

Sitat.info  xəbər verir ki, yanğın şəhər ərazisində yaşayış olmayan evdə baş verib.

Hadisə yerinə FHN-in Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb. Yanğının səbəbi araşdırılır./Qafqazinfo