Kremldən Fələstinlə bağlı mühüm açıqlama

Kremldən Fələstinlə bağlı mühüm açıqlama
Dünya 22 Sentyabr 2025 15:22

Rusiya İsrail və Fələstin arasındakı münaqişənin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Sitat.info  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, yeganə mümkün yoldur”, - o bildirib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, bu münaqişə hazırda ən kəskin və faciəli mərhələdədir.