Yol qəzası motosikletçinin ölümü ilə nəticələndi

Yol qəzası motosikletçinin ölümü ilə nəticələndi
HADİSƏ 20 Sentyabr 2025 21:54

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. Hərəkətdə olan motosiklet əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//APA