İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu
HADİSƏ 13 Sentyabr 2025 17:47

Bu gün İranın Fars əyalətinin Kazerun rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədəTehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16:07-də baş verən zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.

Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.