Gəncədə evdə partlayış - Qadın xəsarət aldı

Gəncədə evdə partlayış - Qadın xəsarət aldı
HADİSƏ 12 Sentyabr 2025 14:26

Gəncədə evdə partlayış baş verib.

“Sitat.info” xəbər verir ki, hadisəyə səbəb evin hamam otağında qızdırıcının partlaması olub.

Nəticədə 1992-ci il təvəllüdlü şəhər sakini Çiçək Həsənova yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.