Prezident və xanımı Pekində ziyafətdə iştirak etdi - Video

Prezident və xanımı Pekində ziyafətdə iştirak etdi - Video
SİYASƏT 03 Sentyabr 2025 10:33

Bu gün Pekində Çin Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.

Sitat.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.