Rusiya ordusu bu əraziləri işğal etdi

Rusiya ordusu bu əraziləri işğal etdi
Dünya 02 Sentyabr 2025 15:10

Rus ordusu Dnepropetrovsk vilayətində Maliyevka yaxınlığında irəliləyərək Voskresenka kəndini, həmçinin Donetsk vilayətinin Fedorovka yaşayış məntəqəsini ələ keçirib

Sitat.info xəbər verir ki, bu barədə “Deep State” analitik platforması məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ordusu həmçinin Xarkov vilayətinin şimalında, Rusiya ilə sərhəd yaxınlığında da mövqelərini genişləndirib.

Hazırda döyüşlər bu istiqamətlərdə davam edir.