Elşad Paşasoya ağır itki üz verdi

Elşad Paşasoya ağır itki üz verdi
HADİSƏ 01 Sentyabr 2025 10:05

Tanınmış jurnalist, "Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoya ağır itki üz verib.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, onun atası Əlihüseyn Paşayev vəfat edib.

Qeyd edək ki, Əlihüseyn Paşayev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Məlumat üçün bildirək ki, mərhumun dəfn mərasimi doğulduğu ata yurdunda – Yardımlı rayonunun Bilnə kəndində ailə üzvlərinin, yaxın qohumlarının və kənd sakinlərinin iştirakı ilə keçiriləcək.

Sitat.info rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir!

 Allah rəhmət eləsin!

 

4072c72e-b9cb-4022-8078-7765e71d7e4f.jpeg (218 KB)