Sabirabadda ağır qəza: baba və nəvə öldü

Sabirabadda ağır qəza: baba və nəvə öldü
HADİSƏ 28 Avqust 2025 15:38

Sabirabadda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, hadisə iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində sürücülərdən biri - Rəhim Əliyev və onun azyaşlı nəvəsi həlak olublar.

Digər avtomobilin sürücüsü və üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.