“Sədərək”ə polis yeridildi

“Sədərək”ə polis yeridildi
HADİSƏ 24 Avqust 2025 13:42

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə Sitat.info-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.