FHN yanğınla bağlı yeni məlumat yaydı - Fotolar+Video

FHN yanğınla bağlı yeni məlumat yaydı - Fotolar+Video
HADİSƏ 24 Avqust 2025 13:34

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Nazirlikdən “Sitat.info”ya bildirilib ki, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.