Makron Putinin sülhə hazır olduğuna şübhə edir

Makron Putinin  sülhə  hazır olduğuna şübhə edir
Dünya 19 Avqust 2025 10:44

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymağa hazır olmasına şübhə ilə yanaşdığını bildirib.

Sitat.info xəbər verir ki, Makron bunu Ağ Evdə danışıqlardan sonra “NBC News”a müsahibəsində bildirib.

"Vəziyyətə və faktlara baxaraq, Prezident Putinin indi sülhə hazır olduğunu görmürəm", - o qeyd edib.