Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyada azərbaycanlı qətlə yetirildi
HADİSƏ 16 Avqust 2025 18:43

Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə "Teleqraf"a onun yaxınları məlumat veriblər.

E.Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur.

Onun nəşi hələ də Moskva şəhərindədir.

Qeyd edək ki, mərhum dörd uşaq atası imiş.