Yazıçı Vidadi Babanlının dəfn yeri məlum oldu

Yazıçı Vidadi Babanlının dəfn yeri məlum oldu
HADİSƏ 16 Avqust 2025 19:42

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və "Şərəf" ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.

Sitat.info bildirir ki, bu barədə APA-ya yazıçının qızı Leyli Babanlı məlumat verib.

O, bu gün Vidadi Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.

Qızı  bildirib ki, bu, atasının vəsiyyəti olub.

Qeyd edək ki, V.Babanlı prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənət xadimi idi. Yazıçı 98 yaşında vəfat edib.