İranda 8 məhbus edam edildi

İranda 8 məhbus edam edildi
Gündəm 13 Avqust 2025 19:15

İranın İsfahan, Zəncan, Şiraz və Bircənd şəhərlərinin həbsxabalarında 8 məhbus edam edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Bununla da cari ildə kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 779-a çatıb, onlardan 20-i qadındır.