İsraili dayandırmaq üçün əlimizdən gələni edirik - Ərdoğan

İsraili dayandırmaq üçün əlimizdən gələni edirik - Ərdoğan
Dünya 11 Avqust 2025 23:28

Qəzzada işğal planını dayandırmaq üçün əlimizdən gələni edirik.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

“Qəzzanı heç vaxt tək qoymayacağıq. İsrailin fələstinlilərə qarşı atdığı addımlara ən açıq şəkildə reaksiya verən ölkə Türkiyədir. Hazırda Qəzzaya ümid işığı olmaq üçün bütün diplomatik səyləri səfərbər etmişik.

Biz Netanyahu və onun şəbəkəsinin siyasi həyatlarını uzatmaq üçün bölgəmizi daha böyük fəlakətlərə sürükləməsinə imkan verməyəcəyik”, - deyə Ərdoğan qeyd edib.