“İxtisas seçimini özünüz edin” - Məleykə Abbaszadə

“İxtisas seçimini özünüz edin” - Məleykə Abbaszadə
SOSİAL 11 Avqust 2025 11:04

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib.

Sitat.info  xəbər verir ki, o, abituriyenlərə ixtisas seçimini özlərinin aparmağını məsləhət görüb.

"Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır. Biz verdiyimiz məlumatları təhlil edib, öz prioritetlərinizi müəyyənləşdirərək seçim etməlisiniz. Əlbəttə ki, öz istəyinizi və balınızı nəzərə almalısınız. Real imkanlarınızı statistika ilə müqyisə etməlisiniz", - DİM sədri qeyd edib.