ABŞ rüsumlardan bu qədər qazanacaq - Nazir

ABŞ rüsumlardan bu qədər qazanacaq - Nazir
Gündəm 07 Avqust 2025 20:00

ABŞ rüsumlardan hər ay 50 milyard dollar gəlir əldə edəcək

Sitat.info xəbər verir ki, bunu ABŞ ticarət naziri Hovard Latnik bildirib.

"Ötən ay gəlir 30 milyard dollardan bir qədər çox olub. Gecə yarısından etibarən rüsumlar artırılıb. Düşünürəm ki, biz ayda 50 milyard dollar məbləğində gəlirə doğru addımlayırıq", - H.Latnik qeyd edib.