Şəmkirdə ağır yol qəzasında 7 nəfər ölüb

Şəmkirdə ağır yol qəzasında 7  nəfər ölüb
HADİSƏ 07 Avqust 2025 08:56

Şəmkirdə ağır yol qəzası baş verib.

Sitat.info-nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.