Ağdamda da yanğın davam edir

Ağdamda da yanğın davam edir
HADİSƏ 24 İyul 2025 22:16

Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Sitat.info  xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.