Üç gündür axtarılırdı, meyiti tapıldı - Foto

Üç gündür axtarılırdı, meyiti tapıldı - Foto
HADİSƏ 23 İyul 2025 14:04

Bir neçə gün əvvəl Qubada itkin düşən şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, iyulun 21-i saat 08 radələrində Çartəpə kəndinin ərazisindəki arxın kənarından Rusiya vətəndaşı 1972-ci il təvəllüdlü Bahadir Nəcəfovun meyiti tapılıb.

Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Bildirilib ki, B.Nəcəfov iyulun 18-dən itkin kimi axtarılırmış.

Faktla bağlı araşdırmalar Quba Rayon Prokurorluğu tərəfindən aparılır