Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı - FOTO
Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.
Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./report
