Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var

Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
HADİSƏ 19 İyul 2025 20:25

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.  

“Report”un yerli bürosu məlumat verir ki, “KİA” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

 Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.  Hadisənin səbəbi araşdırılır.