İsrail ordusu Qəzzada 90 hədəfi vurdu

İsrail ordusu Qəzzada 90 hədəfi vurdu
Gündəm 19 İyul 2025 16:26

İsrail Müdafiə Ordusu (ÇAXAL) son sutka ərzində Qəzza zolağında radikal qruplaşmalara məxsus 90 hərbi hədəfi bombalayıb.

Sitat.info xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, hücum edilən obyektlər sırasında hərbi qurğular, terrorçular tərəfindən istifadə olunan binalar və yeraltı obyektlər yer alıb.