Tovuzda yol qəzasında iki nəfər xəsarət alıb

Tovuzda yol qəzasında iki nəfər xəsarət alıb
HADİSƏ 16 İyul 2025 10:24

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatlna görə, iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər rayon sakini - 1998-ci il təvəllüdlü M.Paşayev və 2004-cü il təvəllüdlü M.Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.