BMT: “Fevral ayından indiyədək 6,5 milyon nəfər Ukraynanı tərk edib”
Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra 6,5 milyon Ukrayna vətəndaşı qaçqına çevrilib.
Sitat.info Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarlığının məlumatında deyilir.
Ukraynanı tərk etməyə məcbur olmuş əhalinin dəqiq sayı 6 552 971 nəfər təşkil edir. Onların çoxu Polşa ərazisinə keçib.