Silah anbarında baş verən partlayış nəticəsində- 5 nəfər ölüb, 14 nəfər yaralanıb

Silah anbarında baş verən partlayış nəticəsində- 5 nəfər ölüb, 14 nəfər yaralanıb
HADİSƏ 12 İyul 2025 09:20

Suriyanın Hələb şəhəri yaxınlığında silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Sitat.info  xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Partlayışa nəyin səbəb olduğu barədə dəqiq məlumat verilmir.

Ehtimallar arasında anbarda baş verən yanğın və ya İsrail ordusunun endirdiyi zərbələrin olması var.

Bildirilib ki, partlayış nəticəsində hərbi obyektin yaxınlığında yerləşən bir neçə binaya da ziyan dəyib.

 

Sitat.info