Ermənistanda “Daşnaksütyun” partiyasının üzvü terror ittihamı ilə həbs edildi

Ermənistanda “Daşnaksütyun” partiyasının üzvü terror ittihamı ilə həbs edildi
HADİSƏ 11 İyul 2025 13:12

"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü Andranik Çamıçyan iki ay müddətinə həbs olunub.

Sitat.info xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan bildirib.

"Andranik Çamıçyan terror aktının hazırlanması işi üzrə təqsirləndirilir", - o qeyd edib.

Xatırladaq ki, iyulun 10-da “Daşnaksütyun” partiyasının bir neçə üzvünün evlərində axtarışlar aparılıb və nəticədə yeddi nəfər saxlanılıb.

 

Sitat.info