Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb
HADİSƏ 08 İyul 2025 09:26

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildə olan digər hərbçilər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Araşdırma aparılır.

 

Sitat.info