Polis özünü dənizə ataraq qadını xilas edib - Video

Polis özünü dənizə ataraq qadını xilas edib - Video
HADİSƏ 08 İyul 2025 09:33

Səbail rayonunda polis özünü dənizə atan qadını xilas edib.

Sitat.info xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, bulvarda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. 

Məlumata görə, dənizdə üzərək batma təhlükəsi ilə üzləşən qadına yaxınlaşan polis FHN-nin əməkdaşları ilə birgə onu karterlə sahilə çıxarıb. 2000-ci il təvəllüdlü şəxs tibb personalına təhvil verilib.