İrəvanda Paşinyana qarşı avtoyürüş başladı

İrəvanda Paşinyana qarşı avtoyürüş başladı
Dünya 23 May 2022 10:22

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş başlayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, aksiyaya paytaxtın kənarında start verilib. Azı 4 avtomobil karvanı aşağı sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edir.

İrəvanın mərkəzində keçirilən digər aksiya nəticəsində müxalifət tərəfdarları metro stansiyalarından birinin fəaliyyətini dayandırıblar.