Metronun qarşısında qəza - 24 yaşlı oğlan öldü

Metronun qarşısında qəza - 24 yaşlı oğlan öldü
HADİSƏ 30 İyun 2025 14:48

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sitat.info modern.az-a istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil 24 yaşlı Ceyhun Səxavət oğlu Abbasovu vurub. Gənc oğlan hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.