İsrail və İran arasında atəşkəsə rəsmi Bakıdan reaksiya

İsrail və İran arasında atəşkəsə rəsmi Bakıdan reaksiya
SİYASƏT 24 İyun 2025 16:56

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.

XİN-dən Sitat.info-ya bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq", - XİN-in məlumatında qeyd olunub.