Hizbullah Xamenei ilə bağlı bəyanat yaydı

Hizbullah Xamenei ilə bağlı bəyanat yaydı
Dünya 19 İyun 2025 14:08

Livan Hizbullahı Əli Xameneiyə sui-qəsd təhdidini pisləyib və bunu ciddi nəticələrə səbəb ola biləcək “axmaq, gülünc və təhlükəli” hərəkət adlandırıb.

Sitat.info xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilib.

“Görünür, öz ölkələrində qərar qəbul edən vəzifələrdə olan bəzi şəxslər ali rəhbər Ayətullah Xameneinin böyük və geniş mövqeyini tanımır”, - bəyanatda qeyd olunub.