Tehranda kazarma vuruldu

Tehranda kazarma vuruldu
HADİSƏ 17 İyun 2025 10:25

Bu gün yerli vaxtla səhər saat 6 radələrində İsrail Tehranda bir neçə yerə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu haqda “İran İnternational” yerli mənbələrə istinadla məlumat yayıb.

Cənubi Məcidiyyə, Seyyid Xından, Narmək, İraqi, Şimali Səbəlan bölgələrində güclü partlayışların olduğu bildirilib.

Bununla yanaşı Tehranda yerləşən Heşmətiyyə kazarmasında da güclü partlayışların baş verdiyi qeyd olunub.