Türkiyə boğazlardan keçid qiymətini artırır

Türkiyə boğazlardan keçid qiymətini artırır
Gündəm 15 İyun 2025 16:49

Türkiyənin səlahiyyətli orqanları İstanbul və Çanaqqala boğazlarından keçən gəmilərdən alınan rüsumların hesablanmasında istifadə edilən qızıl frankın dəyərini artıracaq.

Sitat.info  xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

Belə ki, əvvəlki illə müqayisədə gəmilərin keçid qiyməti 15% artaraq, 2025-ci il iyulun 1-nə 5,83 dollar (hər ton üçün) təşkil edəcək.