Bayden Seulda Koreya lideri ilə görüşdü

Bayden Seulda Koreya lideri ilə görüşdü
Dünya 21 May 2022 13:06

Cənubi Koreyanın Prezidenti Yun Suk Yel və ABŞ lideri Co Bayden bu gün Seualda yüksək səviyyədə ilk görüşlərini keçirib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Qeyd edilir ki, əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə sammit keçirilib, daha sonra isə liderlər təkbətək görüşüb.