Bəzi çaylardan sel keçəcək

Bəzi çaylardan sel keçəcək
HADİSƏ 11 İyun 2025 14:34

İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Sitat.info  xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.