Şəmkirdə 41 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə 41 yaşlı kişi bıçaqlanıb
HADİSƏ 20 May 2022 22:37

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Dörd Yol" adlanan ərazisində qeydə alınıb.

Rayonun Posanlı kənd sakini, 1981-ci il təvəllüdlü Abbasov Qurban Vəli oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 41 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.