Külək Bakıda 37 ağacı sındırıb - FOTO

Külək Bakıda 37 ağacı sındırıb - FOTO
HADİSƏ 03 İyun 2025 15:36

Gecədən başlayan güclü külək nəticəsində Bakıda indiyə qədər 37 ağac sınıb.

Yaşıllaşma Təsərrüfat Birliyindən Sitat.info-ya verilən məlumata görə, 41 ağacın da budağı zədələnib.

Yaşıllaşma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən zədələnən budaqlar kəsilib, sınan ağaclar götürülərək ərazi təmizlənib.