Avtobus körpüdən aşdı: 21 idmançı öldü

Avtobus körpüdən aşdı: 21 idmançı öldü
HADİSƏ 31 May 2025 21:12

Nigeriyanın Kano əyalətində avtobus körpüdən aşıb.

Sitat.info xəbər verir ki, bu barədə "Daily Post" məlumat yayıb.

Məlumata görə, qəza zamanı avtobusda 30 idmançı olub. Hadisə nəticəsində 21 idmançı həlak olub.

İdmançılar Oqun əyalətinin Abeokuta şəhərində başa çatmış idman festivalından qayıdırdılar.

Nəşrin məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılır.