Maşından düşəndə boynunu sındırdı, öldü

Maşından düşəndə boynunu sındırdı, öldü
HADİSƏ 29 May 2025 11:04

Kürdəmirdə avtomobildən yıxılan sürücü ölüb.

Sitat.info xəbər verir ki, mayın 5-də Kürdəmir şəhəri Şəhriyar küçəsi ev 39-un qarşısında orada yaşayan 1967-ci il təvəllüdlü Elman Ənvər oğlu Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılaraq boyun nahiyəsinə sındırıb.

Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov mayın 28-i ölüb.

Faktla bağlı araşdırma aparılır.